Bayden: ABŞ Sakit okean regionunun gələcəyi üçün həyati əhəmiyyət kəsb edir


San-Fransiskoda keçirilən Asiya Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Sammitində çıxış edən Bayden ABŞ-ın Sakit Okeandakı mövcudluğunun artırılmasının açıq ticarəti təmin etmək və milyonlarla insanı yoxsulluqdan qurtarmaq üçün faydalı olduğunu vurğulayıb.


O, Çin dövlət başçısı Si Cinpin ilə görüşündə həmsöhbətinə ölkəsinin Sakit okeanda mövcudluğunun səbəbini izah etdiyinə diqqət çəkərək, "Biz Sakit Okean xalqıyıq və bizim sayəmizdə bölgədə sülh var. Si heç bir fərqli bir fikir səsləndirmədi" - deyə qeyd edib.

Bayden ABŞ-ın APEC ölkələri ilə dərin əlaqələrə malik olduğunu vurğulayaraq, ölkəsinin Sakit okeanın gələcəyi üçün həyati əhəmiyyəti olduğunu bildirib.

ABŞ ixracatının yüzdə 60-dan çoxunun APEC ölkələrinə olduğu məlumatını paylaşan Bayden, region ölkələrində birbaşa xarici investisiyalarda ən böyük payın Amerika şirkətlərinin olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu