Bayden Si Cinpinlə görüşəcək
ABŞ prezidenti Co Bayden gələn ay Çin prezidenti Si Cinpinlə görüşəcək.
Bu barədə Ağ Ev məlumat yayıb.
Dünyanın iki böyük iqtisadiyyatının liderlərinin San-Fransiskoda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəyi gözlənilir.
Ağ Evin mətbuat katibi Karine Jean-Pierre brifinqdə "Şiddətli rəqabət gərgin diplomatiya deməkdir" ifadələrini işlədib: "Siyasətimiz və Çinlə necə irəliləyişimiz dəyişməyib".
O, Baydenin Si Cinpinlə "sərt söhbətin" gözlənildiyini söyləməkdən başqa gündəliyinin təfərrüatları barədə əlavə məlumat verməkdən imtina edib.