Bayden payızda Si Tsinpinlə görüşmək istəyir


ABŞ prezidenti Co Bayden bu payızda Çin prezidenti Si Cinpinlə görüşə ümid edir.


"RİA Novosti" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller deyib.

"Biz inanırıq ki, icra səviyyəsində üzbəüz müzakirələrin əvəzi yoxdur" - deyə Millər qeyd edib. Eyni zamanda, ABŞ Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, hələlik iki liderin rəsmi görüşünün təsdiqi yoxdur. Onun sözlərinə görə, ABŞ onun təşkili imkanları üzərində işləməyə davam edəcək.

Baydenin Çin prezidenti Si Cinpin ilə təkbətək görüş keçirməyə ümid etdiyini Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi daha əvvəl də açıqlamışdı. Onun sözlərinə görə, noyabrda San-Fransiskoda keçiriləcək APEC sammiti çərçivəsində belə bir görüş baş tuta bilər lakin hələlik bu dəqiq deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu