Bayden Si Cinpinlə görüş ehtimalını təsdiqləyib


ABŞ prezidenti Co Bayden noyabrda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Çin sədri Si Cinpinlə görüş ehtimalını təsdiqləyib.


Bayden hələlik dəqiq bir razılaşmanın olmadığını qeyd edib. "Hələlik belə bir görüş təyin olunmayıb, lakin bir ehtimal var", - deyə ABŞ prezidenti bildirib.

Daha əvvəl bildirilmişdi ki, Amerika rəsmiləri ABŞ və Çin liderləri arasında noyabrda San-Fransiskoda baş tuta biləcək mümkün görüş üçün planlaşdırma prosesinə başlayır. Lakin bu görüş hələ rəsmi olaraq elan edilməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu