Bayden və Si Cinpin noyabrın 15-də ikitərəfli danışıqlar aparacaq - Kyodo agentliyi


Kyodo agentliyi məlumatlı mənbəyə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden və Çin sədri Si Cinpin noyabrın 15-də San-Fransiskoda ikitərəfli görüş keçirməyi planlaşdırır.



Xəbərdə qeyd olunur ki, agentliyin həmsöhbətinin sözlərinə görə, hazırda ABŞ və Çin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) liderlərinin sammiti çərçivəsində keçiriləcək görüşə son hazırlıq işləri görür. Eyni zamanda, Çin hələ Si Cinpinin sammitdə iştirakını rəsmən təsdiqləməyib, agentlik əlavə edib.

Oktyabrın sonunda Ağ Evin mətbuat katibi Karine Jean-Pierre Baydenin Si Cinpinlə San-Fransiskoda APEC sammitində görüşməyi səbirsizliklə gözlədiyini və Vaşinqtonun onun keçirilməsini razılaşdırılmış hesab etdiyini söyləyib. O, həmçinin qeyd edib ki, ölkə liderlərinin planlaşdırılan görüşü fonunda ABŞ Çinlə bağlı siyasətini dəyişməyəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu