Türkiyə Futbol Federasiyası Hakimlər Komitəsinin sədri saxlanıldı
Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsinin (MHK) sədri Ferhat Gündoğdu saxlanılıb.
AFN.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ferhat Gündoğdu İstanbul Cümhuriyyət Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilən istintaq çərçivəsində saxlanılıb.
“Hakimlər dosyesi” adı ilə tanınan istintaq üzrə ümumilikdə 7 nəfər tutulub.
Saxlanılan şəxslərlə bağlı mobbinq və rəsmi sənədlərin saxtalaşdırılması ilə əlaqədar iddialar araşdırılır.



