Cənubi Koreyalıların 39 faizi Şimali Koreya ilə birləşməni vacib sayır



Cənubi Koreyada keçirilən sorğuda iştirak edənlərin 39 faizinin Şimali Koreya ilə birləşməni vacib hesab etdiyi məlum olub.

AFN.az xəbər verir ki, Yonhap agentliyinin məlumatına görə, Cənubi Koreyada Gallup Korea adlı tədqiqat qurumu tərəfindən iyulun 1-dən 26-dək 1200 yetkin şəxsin iştirakı ilə sorğu keçirilib.

Sorğunun nəticələrinə əsasən, iştirakçıların 39 faizi Şimali Koreya ilə birləşmənin vacib olduğunu bildirərkən, 32,2 faizi birləşməni zəruri hesab etmədiyini deyib.

İştirakçıların 39,1 faizi Şimali Koreya ilə birləşmənin mümkün olmadığını, 78,3 faizi isə bu ölkə ilə dialoq və barışığın mümkün olmadığı qənaətində olduğunu bildirib.

Ötən il keçirilən sorğuda iştirakçıların 41,1 faizi Şimali Koreya ilə birləşməni vacib hesab edərkən, 30,4 faizi birləşmənin zəruri olmadığı yönündə fikir bildirib.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu