Azərbaycanlı hakimlər Türkiyədəki VAR seminarında iştirak edir


AFFA və Türkiyə Futbol Federasiyası (TFF) arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində İstanbul şəhərində VAR (Video Köməkçi Hakim) protokolu ilə bağlı növbəti seminar keçirilir.


TFF-nin Rivadakı təlim-məşq mərkəzində təşkil olunan seminarda Azərbaycan Premyer Liqasının və I Divizionun oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri (28 nəfər) iştirak edir.

Qeyd edək ki, seminar dekabrın 2-dək davam edəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu