BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır



BDU ilə Qazaxıstan universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Qazaxıstan Respublikasının Maqsud Narikbayev Universiteti arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.

Qurumdan AFN.az-a verilən məlumata görə, sənədi BDU-nun rektoru Elçin Babayev və Maqsut Narikbayev Universitetinin akademik məsələlər üzrə birinci vitse-prezidenti Anar İbrayeva imzalayıb.

Memorandum hər iki universitetin nəzdində fəaliyyət göstərən fakültə, institut və kolleclərdə təlim-tədris prosesinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur. Bu çərçivədə birgə konfrans, sərgi, seminar, simpozium və təlimlərin təşkili, ortaq elmi-tədqiqatların aparılması planlaşdırılır.

Sənəddə elmi jurnallarda birgə nəşrlər, ortaq akademik proqramların, tədris planları və sillabusların hazırlanması, akademik və inzibati heyətin, tələbə, magistrant, doktorant və tədqiqatçıların qarşılıqlı mübadiləsi kimi məsələlər də əksini tapıb.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu