BDU-da Qazaxıstanın Atırau Dövlət Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib


Qazaxıstanın Xalel Dosmuxamedov adına Atırau Dövlət Universitetinin strateji inkişaf və beynəlmiləlləşmə üzrə prorektoru Baxıt Altınbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində (BDU) olub.

AFN.az xəbər verir ki, BDU rektoru Elçin Babayev Azərbaycan–Qazaxıstan universitetləri arasında əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. Bildirib ki, birgə elmi tədqiqatlar və akademik mübadilə proqramları ali təhsilin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayır.

Rektor son illər BDU-nun Qazaxıstanın aparıcı təhsil müəssisələri ilə əlaqələrini genişləndirdiyini və qarşılıqlı əməkdaşlıqda mühüm irəliləyişlərin əldə olunduğunu diqqətə çatdırıb. Görüşdə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədilə elm və təhsil sahələrində yeni layihələrin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

İki universitet arasında beynəlmiləlləşmə, birgə tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsi proqramlarının təşkili, xüsusilə kimya, fizika, biologiya və ekologiya istiqamətləri üzrə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Qeyd edək ki, nümayəndə heyəti həmçinin BDU-nun elmi-tədqiqat laboratoriyaları və mərkəzləri ilə tanış olublar.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu