Elçin Babayev Türkiyənin Uşak Universitetinin rektoru ilə görüşüb


Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyə Respublikasının Uşak Universitetinin rektoru Ekrem Savaşla görüşüb.


BDU mətbuat xidmətindən AFN.az-a verilən məlumata görə, rektor Elçin Babayev qonağa BDU-nun tarixi, fəaliyyəti, strukturu, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, BDU Azərbaycanın ən qədim və böyük universitetidir. Universitetdə hazırda 16 fakültə, 120 kafedrada ali təhsilin bütün səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır, 3000-ə qədər əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. BDU “Times Higher Education” nüfuzlu beynəlxalq reytinq siyahısında yer alan ilk Azərbaycan ali məktəbidir və əsas elm, təhsil reytinqlərində ölkə üzrə liderliyini qoruyub saxlayır.
Elçin Babayev qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın və ikili diplom proqramlarının qəbulunun da BDU üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Uşak Universitetinin rektoru Ekrem Savaş da rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib, BDU ilə elmin müxtəlif sahələri üzrə əməkdaşlığa hazır olduğunu qeyd edib. O bildirib ki, 2006-cı ildən fəaliyyət göstərən Uşak Universitetinin 14 fakültəsi, 11 peşə məktəbi, 26 mindən çox tələbəsi var.
Görüşdə BDU və Uşak Universiteti arasında əlaqələrin perspektivləri, ikili diplom proqramlarının qəbulu, birgə tədqiqatların aparılması, ortaq konfrans və simpoziumların keçirilməsi ilə bağlı müzakirələr aparılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu