"İstanbul bələdiyyəsi" işində 84 nəfər saxlanılıb

Xəbər verdiyimiz kimi, bu gün İstanbul bələdiyyəsi barəsində genişmiqyaslı korrupsiya əleyhinə həyata keçirilən əməliyyat çərçivəsində İstanbulun meri Əkrəm İmamoğlu saxlanılıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunda terror və mütəşəkkil cinayətlərlə bağlı aparılan iki ayrı araşdırma çərçivəsində İmamoğlu ilə yanaşı 79 şübhəli saxlanılıb.
Saxlanılanlar arasında Beylikdüzü bələdiyyə sədri Murat Çalık, Şişli bələdiyyə sədri Resul Emrah Şahan və müğənni Ercan Saatçi də var.
Həmçinin qeyd olunub ki, İmamoğlunun evində aparılan axtarış əməliyyatı başa çatıb.
Yerli medianın məlumatına görə, əməliyyat çərçivəsində saxlanılanların sayı 84 nəfərə çatıb.