ABŞ mətbuatı: Hörmüzdə İranın hücumu nəticəsində 8 ABŞ dəniz piyadası yaralanıb



İranın iki həftə əvvəl Hörmüz boğazında həyata keçirdiyi hücum zamanı 8 ABŞ dəniz piyadasının yaralandığı iddia edilib.

AFN.az xəbər verir ki, NBC News-un adları açıqlanmayan 3 ABŞ rəsmisinə istinadən yaydığı xəbərdə İranın sentyabrın 14-də Hörmüz boğazında ABŞ-a məxsus gəmiyə gəmi əleyhinə raketlə zərbə endirdiyi bildirilib.

Xəbərdə gəmidəki 8 dəniz piyadasının yaralandığı iddiasına yer verilib. Yüngül xəsarət alan və tüstüdən təsirlənən hərbçilərin, ehtimal ki, travmatik beyin zədəsi keçirdikləri bildirilib.

Xəbərdə hərbçilərin daha sonra xidmətlərinə qayıtdıqları qeyd olunub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu