Hürmüz boğazında gəmiyə zərbə: Ekipaj arasında itki var
İngiltərə Dəniz Ticarət Əməliyyatları (UKMTO) Hörmüz boğazında bir gəminin naməlum obyekt tərəfindən vurulduğunu açıqlayıb.
AFN.az xəbər verir ki, UKMTO-nun yaydığı açıqlamada Hörmüz boğazında bir gəminin mühərrik bölməsinə naməlum obyektin dəydiyi bildirilib.
UKMTO ekipaj arasında itkilərin olduğunu və gəmidə olan digər ekipaj üzvlərinin də Oman Sahil Mühafizəsi qüvvələri tərəfindən xilas edildiyini bildirib.
Hadisənin miqyasının aidiyyəti qurumlar tərəfindən araşdırıldığı qeyd olunub.



