Atlas Group BakuBuild 2026 sərgisində iştirak edəcək



Sənaye, tikinti və infrastruktur sahələri üçün kompleks texniki həllər təqdim edən Atlas Group oktyabrın 14–16-da Bakı Ekspo Mərkəzində keçiriləcək 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – BakuBuild 2026-da öz stendi ilə iştirak edəcək. 

AFN.az xəbər verir ki, öz sahəsində 20 ildən artıq təcrübəyə malik Atlas Group sərgi çərçivəsində ziyarətçilərə sənaye və tikinti sektorları üçün təqdim etdiyi müasir avadanlıq və texniki həlləri, eləcə də satış, servis və icarə xidmətlərini nümayiş etdirəcək.

Dünyanın aparıcı avadanlıq istehsalçıları ilə əməkdaşlıq edən Atlas Group Atlas Copco, Epiroc, Hitachi, DEUTZ, BAUER, Elcometer, Airblast, Cedima, Graco və digər nüfuzlu beynəlxalq brendlərin məhsul və həllərini Azərbaycan bazarına təqdim edir.

Şirkət avadanlıq təchizatı ilə yanaşı, peşəkar servis, texniki dəstək, ehtiyat hissələri, icarə və mühəndislik həlləri vasitəsilə müştərilərinin əməliyyat proseslərinin fasiləsiz və səmərəli davam etməsinə dəstək göstərir.

BakuBuild 2026 sərgisində Atlas Group-un stendi şirkətin mövcud və potensial müştəriləri, tərəfdaşları və sənaye mütəxəssisləri ilə birbaşa görüşmək, yeni əməkdaşlıq imkanlarını müzakirə etmək və Atlas Group-un təqdim etdiyi həllərlə yaxından tanış olmaq üçün görüş məkanı olacaq.

Sərgi günlərində Atlas Group-un mütəxəssisləri və şirkətin təmsil etdiyi brendlərin nümayəndələri ziyarətçilərə təqdim olunan avadanlıq və xidmətlər, eləcə də müxtəlif layihə və istehsal ehtiyaclarına uyğun texniki həllər haqqında ətraflı məlumat verəcəklər.

Atlas Group bütün tərəfdaşlarını, müştərilərini, həmçinin sənaye, tikinti, mədən və infrastruktur sahələrinin nümayəndələrini BakuBuild 2026 sərgisində öz stendini ziyarət etməyə dəvət edir.

Tarix: 14–16 oktyabr 2026

Məkan: Bakı Ekspo Mərkəzi

Sərgi: 31-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisi – BakuBuild 2026

Atlas Group-un stendi: 1G 020






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu