"Hitachi"nin qlobal uğurunun arxasında dayanan texnologiyalar artıq Azərbaycan bazarında - FOTOLAR


Ağır texnika seçimində etibarlılıq ən vacib meyarlardan biridir. Çünki böyük tikinti, mədən və infrastruktur layihələrində avadanlığın gözlənilmədən dayanması həm vaxt itkisinə, həm də əlavə xərclərə səbəb olur. Məhz buna görə dünyanın aparıcı podratçı şirkətləri uzun illərdir özünü sübut etmiş texnologiyalara üstünlük verirlər.

AFN.az xəbər verir ki, bu sahədə etibarlılığı ilə seçilən brendlərdən biri də "Hitachi Construction Machinery"dir. Yaponiya mühəndisliyinin dəqiqliyini və innovativ texnologiyaları özündə birləşdirən "Hitachi" ekskavatorları dünyanın müxtəlif ölkələrində həyata keçirilən iri infrastruktur, yol tikintisi, mədən və enerji layihələrində geniş istifadə olunur. Güclü hidravlik sistemi, yüksək məhsuldarlığı, yanacaq səmərəliliyi və çətin iş şəraitində sabit performansı bu texnikanı beynəlxalq bazarda etibarlı seçimə çevirib.

"Hitachi" texnikasının üstünlüklərindən biri də uzunmüddətli istismar üçün nəzərdə tutulmuş konstruksiyası və müasir monitorinq sistemləridir. Bu xüsusiyyətlər avadanlığın vəziyyətini izləməyə, texniki xidmətin vaxtında planlaşdırılmasına və dayanma riskinin minimuma endirilməsinə imkan yaradır.

Məhz bu keyfiyyətlər "Hitachi"ni dünyanın aparıcı tikinti və sənaye şirkətlərinin etibar etdiyi brendlərdən birinə çevirib.

"Atlas Group" ilə "Hitachi Construction Machinery" arasında qurulan strateji əməkdaşlıq nəticəsində bu beynəlxalq təcrübə artıq Azərbaycan bazarında da daha əlçatandır. "Atlas Group"un "Hitachi" markasının Azərbaycandakı rəsmi distribütoru kimi fəaliyyətə başlaması müştərilərə yalnız dünya səviyyəli texnikaya çıxış deyil, eyni zamanda istehsalçı standartlarına uyğun satışdan sonrakı xidmətlər, orijinal ehtiyat hissələri və peşəkar texniki dəstək imkanları təqdim edir.

"Atlas Group" hesab edir ki, müasir texnologiyanın üstünlükləri yalnız düzgün servis və peşəkar müşayiətlə birlikdə real nəticə verir. Bu səbəbdən şirkət "Hitachi" ilə strateji tərəfdaşlığını uzunmüddətli əməkdaşlıq modeli əsasında inkişaf etdirərək Azərbaycan biznesini beynəlxalq standartlara cavab verən texniki həllərlə təmin etməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, "Atlas Group" həmçinin sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri hesab olunan "Atlas Copco", "Epiroc", "Deutz AG", "Bauer" kimi şirkətlərin Azərbaycanda rəsmi distribüteridir. Şirkət həm də "Airblast", "Elcometer", "Cedima" və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu