Azərbaycanda ağır texnikaya tələbat artır: bizneslər ekskavator seçərkən nəyə üstünlük verir?
Azərbaycanda həyata keçirilən infrastruktur, yol tikintisi, mədən və iri sənaye layihələrinin artması ağır texnikaya olan tələbatı da artırır. Bu şəraitdə şirkətlər üçün əsas seçim meyarı artıq təkcə texnikanın qiyməti deyil, onun məhsuldarlığı, etibarlılığı və uzunmüddətli istismar səmərəliliyidir.
AFN.az xəbər verir ki, sektor mütəxəssislərinin fikrincə, iri layihələrdə istifadə olunan ekskavatorların yanacaq sərfiyyatı, hidravlik sistemin performansı, ehtiyat hissələrinin əlçatanlığı və operativ servis imkanları layihələrin ümumi effektivliyinə birbaşa təsir göstərir. Məhz buna görə də bizneslər və müəssisələr son illərdə etibarlılığı sübut olunmuş dünya markalarına üstünlük verməyə başlayıblar.
Bu baxımdan Hitachi Construction Machinery uzun illərdir, tikinti və mədən sənayesində etibarlı texnologiyaları ilə seçilən aparıcı istehsalçılardan biridir. Yüksək məhsuldarlıq, davamlı işləmə qabiliyyəti və müasir mühəndislik həlləri Hitachi texnikasını dünyanın müxtəlif ölkələrində həyata keçirilən iri layihələrin əsas seçimlərindən birinə çevirib.
Atlas Group-un Hitachi markasının Azərbaycandakı rəsmi distribütoru olması isə yerli şirkətlər üçün yeni imkanlar yaradıb. Strateji əməkdaşlıq sayəsində müştərilər artıq yalnız dünya səviyyəli texnikaya deyil, həm də istehsalçı standartlarına uyğun satışdan sonrakı xidmətlərə, orijinal ehtiyat hissələrinə və peşəkar texniki dəstəyə ölkə daxilində çıxış əldə edirlər.
Atlas Group bildirir ki, məqsəd sadəcə ekskavator satışı deyil, müştərilərin layihələrinə uyğun ən optimal texniki həllərin təqdim edilməsidir. Şirkət hər bir layihənin xüsusiyyətini nəzərə alaraq uyğun model seçimi, texniki məsləhət və satış sonrası servis xidmətlərini kompleks şəkildə təşkil edir.
Qeyd edək ki, Atlas Group həmçinin sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri hesab olunan Atlas Copco, Epiroc, Deutz AG, Bauer kimi şirkətlərin Azərbaycanda rəsmi distribüteridir. Şirkət həm də Airblast, Elcometer, Cedima və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.
