"Hitachi"nin Azərbaycandakı rəsmi distribüteri "Atlas Group" müştərilərinə hansı imkanları təqdim edir?


Ötən ay Hitachi Construction Machinery markasının Azərbaycandakı rəsmi distribüteri olduğunu elan edən Atlas Group şirkəti müştərilərinə yalnız texnika satışı deyil, kompleks xidmət imkanları təqdim edir.

AFN.az şirkət rəsmilərinə istinadən xəbər verir ki, rəsmi distribüter statusu sayəsində müştərilər layihənin xüsusiyyətlərinə uyğun texnika seçimi, peşəkar texniki məsləhət, orijinal ehtiyat hissələri və satışdan sonrakı servis xidmətlərindən yararlana biləcəklər. 

Belə ki, Atlas Group-un beynəlxalq sertifikatlı mütəxəssisləri texnikanın düzgün seçilməsi, profilaktik baxış, diaqnostika və nasazlıqların aradan qaldırılması istiqamətində də peşəkar dəstək göstərəcəklər. Bu yanaşma avadanlığın daha səmərəli istismarına, dayanma risklərinin azalmasına və xidmət müddətinin uzadılmasına imkan yaradır.

İki şirkətin strateji əməkdaşlıq planına görə, məhsul portfelində xüsusilə tikinti və mədən sənayesində geniş istifadə olunan Hitachi ekskavatorları üstünlük təşkil edəcək. Bununla yanaşı, Atlas Group müxtəlif təyinatlı sənaye və ağır texnika həllərini də Azərbaycan bazarına təqdim edəcək.

Şirkət yaxın dövrdə Hitachi texnikalarının təqdimatı və nümayişi ilə bağlı tədbirlərin keçirilməsini də planlaşdırır. Bu tədbirlər müştərilərə avadanlıqların texniki imkanlarını yaxından tanımaq və mütəxəssislərdən ətraflı məlumat almaq imkanı verəcək.

Atlas Group-un məqsədi Hitachi texnologiyalarını Azərbaycan bazarına etibarlı servis, operativ dəstək və uzunmüddətli tərəfdaşlıq modeli ilə təqdim etməkdir.

Qeyd edək ki, Atlas Group həmçinin sənaye avadanlıqlarının istehsalında dünya nəhəngləri hesab olunan Atlas Copco, Epiroc, Deutz AG, Bauer kimi şirkətlərin Azərbaycanda rəsmi distribüteridir. Şirkət həm də Airblast, Elcometer, Cedima və digər nüfuzlu beynəlxalq istehsalçılarla tərəfdaşlıq edir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu