IOC 2036-cı il Olimpiya Oyunlarının ev sahibinin müəyyənləşdirilməsi təqvimini açıqlayıb



Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi edəcək şəhərin müəyyənləşdirilməsi ilə bağlı təqvimi açıqlayıb. 

AFN.az xəbər verir ki, IOC-nin açıqlamasına görə, 2036-cı il Olimpiya Oyunlarına ev sahibliyi etmək istəyən və IOC ilə daimi dialoq prosesində olan namizədlər Türkiyə, Almaniya, Macarıstan, Hindistan, Qətər, Cənubi Koreya və Cənubi Afrika olub.

Oktyabrın 31-dən sonra yeni namizədlərin qəbul edilməyəcəyi prosesdə namizəd şəhərlərin layihələri noyabr ayında IOC-nin komissiyasına onlayn formatda təqdim olunacaq.

Açıqlamada IOC İcraiyyə Komitəsinin 2027-ci ilin martında qısa siyahıya düşən namizədləri açıqlayacağı və strateji dialoq mərhələsinə başlayacağı bildirilib. Bu mərhələdə namizəd şəhərlər üçün hüquqi və maliyyə təminatları təqdim ediləcək, komissiya isə namizəd regionlara səfərlər edəcək.

Ev sahibi şəhər 2029-cu ilin ortalarında keçiriləcək IOC sessiyasında üzvlərin səsverməsi ilə müəyyənləşdiriləcək.

Namizəd layihələr obyektlərin planlaşdırılması və idmançı təcrübəsi, maliyyələşdirmə strategiyası, siyasi və ictimai dəstək, təşkilati imkanlar, eləcə də ev sahibi icmalara uzunmüddətli fayda verəcək irs strategiyası kimi texniki meyarlar əsasında qiymətləndiriləcək.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu