Koronavirusdan yeni sağalan idmançılar da olimpiadaya buraxıla bilər


Beynəlxalq Olimpiya Komitəsi (IOC) epidemiyaya qarşı qaydalarda dəyişikliklər üzərində işləyir.


"Report"un məlumatına görə, bu, koronavirus xəstəliyindən yeni sağalan idmançıların Pekin-2022 Qış Olimpiya Oyunlarında iştirak etmələri üçündür.

Hazırda testlər və Oyunlara yollanma vaxtı arasındakı intervalın qısaldılmasının mümkünlüyü tibbi ekspertlər qrupu ilə müzakirə olunur. Belə bir addım yarış iştirakçılarının sayının artmasına imkan yaradacaq. IOC və Pekin-2022 Təşkilat Komitəsinin kompromis tapa bilməsi və bu cür idmançıların yarışlara buraxılmaları üçün analoji situasiyalara ayrıca baxılacaq. Lakin təhlükəsizlik başlıca amil kimi gözləniləcək.

Qeyd edək ki, Pekin-2022 4 - 20 fevralda keçiriləcək. Ümumilikdə 15 növ üzrə 109 medal sahibini tapacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu