Rusiyada Yandex-in məlumat mərkəzinin fəaliyyəti dayandırılıb



Rusiyanın texnologiya şirkəti Yandex ölkənin Ryazan vilayətindəki məlumat mərkəzində yaranan zərər səbəbindən fəaliyyətin tamamilə dayandırıldığını açıqlayıb. 

AFN.az xəbər verir ki, şirkətin yaydığı açıqlamada Ryazan vilayətinin Sasovo şəhərində yerləşən məlumat mərkəzinin infrastrukturunun bir hissəsinin zərər gördüyü bildirilib.

Açıqlamada məlumat mərkəzində fəaliyyətin tamamilə dayandırıldığı, zərərin aradan qaldırılması və təsirlənən xidmətlərin yenidən fəaliyyətə qaytarılması üçün işlərin davam etdiyi qeyd olunub.

Vəziyyətin nəzarət altında olduğu və xəsarət alan şəxsin olmadığı bildirilib. Yandex-in əsas xidmətlərinin normal işləməyə davam etdiyi, lakin bəzi xidmətlərə çıxışda problemlərin yaşana biləcəyi vurğulanıb.

Ukraynanın gecə saatlarında Rusiyanın müxtəlif bölgələrinə pilotsuz uçuş aparatları ilə hücumlar həyata keçirdiyi bildirilib. Sosial mediada Sasovo şəhərində Yandex-in məlumat mərkəzinin yerləşdiyi sənaye obyektinin də hədəf alındığına dair iddialar yayılıb.

Yandex-in 2014-cü ildə fəaliyyətə başladığı Sasovo məlumat mərkəzi maşın istehsalçısı Sasta şirkətinin keçmiş zavod binalarının bir hissəsində yerləşir.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu