Çində sürücüsüz taksilər sistem nasazlığı səbəbindən yolda qalıb



Çinin Hubey əyalətinin mərkəzi Uhan şəhərində texnologiya nəhəngi "Baidu" tərəfindən idarə olunan "Apollo Go" sürücüsüz taksi xidmətinin bəzi nəqliyyat vasitələri sistem xətası səbəbindən yolda qalıb.

AFN.az xəbər verir ki, yerli polis birliyi ötən gecə pilotsuz avtomobillərin hərəkətsiz qalması ilə bağlı çoxsaylı şikayətlər daxil olduğunu və ilkin araşdırmalara görə problemin proqram təminatındakı nasazlıqdan qaynaqlandığını bildirib.

Hadisə zamanı neçə avtomobilin sıradan çıxdığı barədə rəsmi məlumat verilməsə də, Çin sosial mediasında istifadəçilər yollarda yaranan tıxac və avtomobillərin hərəkətsiz qalması ilə bağlı çoxlu sayda video paylaşıblar. Çinin "Google"-u kimi tanınan "Baidu" şirkəti 2021-ci ildən bəri müxtəlif meqapolislərdə bu xidməti göstərsə də, baş verən son hadisə pilotsuz nəqliyyatın etibarlılığı ilə bağlı suallar doğurub.

Hazırda mütəxəssislər nasazlığın texniki xəta, yoxsa kiberhücum nəticəsində baş verdiyini araşdırırlar. Qeyd edək ki, 2025-ci ilin dekabrında Nankin şəhərində peyk naviqasiya sistemlərinə (GPS və BeiDou) qarşı edilən siqnal kəsici müdaxilələr nəticəsində taksi sifarişi və dron idarəetməsi kimi xidmətlər tamamilə iflic olmuşdu.

Analitiklər son aylarda artan bu növ sistem anomaliyalarının hədəf yönümlü kiber-müdaxilələr ola biləcəyi ehtimalını da istisna etmirlər.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu