Tramp: “Süni intellekt” ifadəsindən istifadə edənlər Ağ Evin düşmənidir
ABŞ Prezidenti Donald Tramp “süni intellekt” ifadəsindən istifadə edən şəxsləri Ağ Evin düşməni hesab etdiyini bildirib.
AFN.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.
ABŞ Prezidenti bildirib ki, Ağ Ev “süni intellekt” ifadəsini deyil, onun təklif etdiyi “super intellekt” terminini işlədənləri dəstəkləyir.
Tramp daha əvvəl də “süni intellekt” ifadəsini uğursuz və qeyri-dəqiq adlandırıb. O, bu texnologiyaların “super intellekt” adlandırılmasının daha doğru olduğunu bildirib.
Qeyd edək ki, Tramp sentyabrın 29-da imzaladığı sərəncamla ABŞ hökumətinin rəsmi yazışmalarında və sənədlərində “Artificial Intelligence” və “AI” ifadələrinin əvəzinə “Super Intelligence” və “SI” terminlərinin işlədilməsini tapşırıb.
