Tramp süni intellektə yeni ad verilməsini təklif etdi



ABŞ Prezidenti Donald Tramp süni intellekt ifadəsinin texnologiyanı saxta kimi göstərdiyini bildirərək bunun əvəzinə super zəka ifadəsinin işlədilməsini istəyib.

AFN.az xəbər verir ki, Tramp Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasındakı çıxışında super zəka dünyasına xoş gəldiniz ifadəsini işlədib və ABŞ sənədlərində, eləcə də dünyada süni intellekt əvəzinə super zəka terminindən istifadə olunacağını bildirib.

ABŞ Prezidenti Truth Social platformasında izləyiciləri üçün keçirdiyi sorğuda üstün zəka, ifrat zəka və ali zəka variantları arasından super zəka ifadəsinin önə çıxdığını bildirib.

Texnologiya üzrə ekspertlər super zəka ifadəsinin sektorda geniş qəbul ediləcəyini ehtimal etmirlər. Onlar bu terminin mövcud sistemlərdən daha inkişaf etmiş və hələlik hipotetik xarakter daşıyan texnologiyaları təsvir etmək üçün istifadə edildiyini qeyd edirlər.

Melburn Universitetindən Saymon Koqlyan bu adlandırmanın yanıltıcı olduğunu və mövcud süni intellekt imkanlarını şişirtdiyini bildirib.

Sinqapur Milli Universitetindən Ben Leonq isə peşəkarların super zəka ifadəsini hazırkı texnologiyanı deyil, daha yüksək səviyyəli sistemləri təsvir etmək üçün saxlamağa üstünlük verəcəyini deyib.

ABŞ Prezidentinin bu addımı hökumət nümayəndələri arasında da əks-səda doğurub. ABŞ-ın Baş Texnologiya Direktoru İtan Kleyn və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Maykl Vals sosial media paylaşımlarında və açıqlamalarında super zəka terminindən istifadə etməyə başlayıblar.

Kanadanın süni intellekt naziri Evan Solomon isə kanadalıların ad dəyişikliklərinə həvəsli olmadığını bildirib.

İnsanlar üçün süni intellektin risk yarada biləcəyi ilə bağlı narahatlıqları aldadıcı yanaşma kimi qiymətləndirən Tramp texnologiyanın tənzimlənməsinə qarşı olduğunu bildirib.

Çinlə texnologiya rəqabətinə də toxunan Tramp ABŞ-ın yarışda öndə olduğunu və bu liderliyi qoruyacaqlarını vurğulayıb.

Trampın bu həftə Çin Prezidenti Si Cinpinlə görüşməsi və danışıqlar zamanı süni intellekt məsələsinin də müzakirə olunması gözlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu