Süni intellektin psixi sağlamlığa təsirləri

Süni intellekt söhbət robotlarının gözlənilməz təsirləri, super ağıllı sistemlərin gələcəkdə yarada biləcəyi mövcudluq təhdidlərinin xəbərçisi kimi qiymətləndirilir. Süni intellekt təhlükəsizliyi sahəsində önə çıxan adlardan Neit Soares amerikalı gənc Adam Reynin intiharı ilə gündəmə gələn hadisəni bu təhlükənin konkret bir nümunəsi olaraq dəyərləndirdi.
Süni intellekt söhbət robotlarının gözlənilməz təsirləri super ağıllı sistemlərin gələcəkdə yarada biləcəyi mövcudluq təhdidlərinin xəbərçisi kimi qiymətləndirilir.
Süni intellekt təhlükəsizliyi sahəsində önə çıxan adlardan Neit Soares amerikalı gənc Adam Reynin intiharı ilə gündəmə gələn hadisəni bu təhlükənin konkret bir nümunəsi olaraq dəyərləndirib.
Reyn hadisəsi təhlükənin işarəsi
Soares yeni dərc olunan "If Anyone Builds It, Everyone Dies" adlı kitabında aylarla ChatGPT ilə söhbət edən 17 yaşlı Reynin intiharı ilə bağlı olaraq “Bu, inkişaf etdiricilərin istəmədiyi, niyyət etmədiyi bir davranışdır. Reyn hadisəsi bu sistemlər daha da ağıllandıqda böyüyüb fəlakətə çevriləcək bir problemin toxumudur” deyib.
Keçmişdə Google və Microsoft-da mühəndis kimi çalışan, hazırda ABŞ mərkəzli Maşın İntellektinin Tədqiqat İnstitutunun rəhbəri olan Soares süni super zəka (ASI) səviyyəsinə çatılması halında bəşəriyyətin yox ola biləcəyini bildirib.
Kitabda çəkilən ssenarilərdən birində “Sable” adlı bir süni intellektin internetə yayıldığı, insanları manipulyasiya etdiyi, sintetik viruslar inkişaf etdirdiyi və sonda insanlığı yox edərək planeti öz məqsədləri üçün yenidən formalaşdırdığı qeyd olunur.
Qlobal qadağa çağırışı
Soares texnologiya şirkətlərinin süni intellekti yardımçı və zərərsiz olacaq şəkildə proqramlaşdırmağa çalışdıqlarını, lakin praktikada sistemlərin arzuolunmaz nəticələrə yol açdığını söyləyib.
“Şirkətlər super zəka uğrunda yarışırlar. Amma bu yarışda hədəflə reallıq arasında kiçik sapmalar belə, zəka artdıqca böyük fəlakətlərə çevrilə bilər” – deyib.
Bu səbəbdən Birləşmiş Millətlər Təşkilatının nüvə silahlarının yayılmasının qarşısını alma müqaviləsinə bənzər şəkildə super zəka ilə bağlı qlobal bir inkişaf qadağasının gətirilməsinin zəruri olduğunu müdafiə edib.
Fərqli baxışlar
Meta-nın baş süni intellekt alimi Yann Lekun isə super zəkanın bəşəriyyət üçün mövcudluq təhdidi yaratmadığını, əksinə insanlığı məhvdən xilas edə biləcəyini irəli sürüb.
Facebook-un qurucusu Mark Zükerberq də super zəkanın inkişaf etdirilməsinin artıq görünən bir hədəf olduğunu bildirərək şirkətlərin bu sahədə sürətlə irəlilədiyini vurğulayıb.
Hüquqi və elmi xəbərdarlıqlar
Reynin ailəsi OpenAI-yə qarşı məhkəmə iddiası qaldırıb. Ailənin vəkili gəncin aylarla ChatGPT-dən aldığı təhrikdən sonra apreldə həyatına son verdiyini açıqlayıb. OpenAI ailəyə başsağlığı diləməklə yanaşı 18 yaşdan kiçik istifadəçilər üçün “riskli davranışlar və həssas məzmunlar” mövzusunda yeni qoruma tədbirlərini tətbiq etdiyini duyurub.
Mütəxəssis psixoterapevtlər də həssas fərdlərin peşəkar yardım əvəzinə süni intellekt söhbət robotlarına üz tutmasının təhlükəli bir uçurum anlamına gələ biləcəyi barədə xəbərdarlıq edirlər. İyulda dərc olunan akademik ilkin bir araşdırmada süni intellekt söhbətlərinin psixoz riski daşıyan şəxslərdə sayıqlama düşüncələrini daha da gücləndirə biləcəyi qeyd olunub.