Hindistanda sel qurbanlarının sayı 62-yə çatdı
Hindistanın Uttar Pradeş ştatında güclü yağışların səbəb olduğu sel nəticəsində ölənlərin sayının 62-yə yüksəldiyi bildirilib.
AFN.az xəbər verir ki, Uttar Pradeşdə artıq 3 gündür şiddətli yağışlar davam edir.
Səlahiyyətlilər bildiriblər ki, sel nəticəsində 62 nəfər həyatını itirib, 46 nəfər isə yaralanıb.
Ştatda 1000-dən çox evə ziyan dəyib, bəzi məktəblərdə isə bu gündən etibarən tədrisə fasilə verilib. Səlahiyyətlilər sakinlərə seldən zərər çəkən ərazilərə zəruri olmadıqda səfər etməmələri barədə xəbərdarlıq ediblər.
Bununla yanaşı, ölkənin şərqində yerləşən Odisha ştatında da güclü yağışlar daşqınlara səbəb olub. Burada 75 mindən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

