Meksikada seldə həlak olanların sayı 72-yə yüksəldi


Meksikada güclü yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 72-yə, itkin düşənlərin sayı isə 48-ə çatıb.

Meksika mətbuatının məlumatına görə, ötən həftədən etibarən PriscillaRaymond tropik fırtınalarının gətirdiyi güclü yağışlar nəticəsində insan tələfatı artıb.

Fəlakət nəticəsində indiyədək 5 ştatda 72 nəfər həyatını itirib, 48 nəfər isə itkin düşüb.

Güclü yağışlardan ən çox zərər çəkən Veracruz, PueblaHidalgo ştatlarına 21 helikopter göndərilib və yeni xilasedici qüvvələr cəlb edilib.

Rəsmilər axtarış-xilasetmə işlərinin fasiləsiz davam etdiyini bildiriblər.

Digər tərəfdən, Meksika Federal Elektrik Komissiyasının (CFE) yaydığı açıqlamada seldən zərər çəkən 5 ştatda aparılan işlər nəticəsində enerji ötürmə xətlərinin 95,4 faizinin bərpa olunduğu, yaxın zamanda bu göstəricinin 100 faizə çatmasının gözlənildiyi qeyd olunub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu