Hindistanın cənubunda güclü yağışlar nəticəsində ölənlərin sayı 19-a yüksəlib


Hindistanın Andhra Pradeş və Telanqana əyalətlərində yağan güclü yağışlar nəticəsində həyatını itirənlərin sayı 19-a yüksəlib.


“India Today”in məlumatına görə, ölkənin cənubunda Andhra Pradeş və Telanqana ştatlarında yağan aramsız yağışlar daşqınlara, maddi ziyana və insan tələfatına səbəb olmaqda davam edir.

Rəsmilər iki əyalətdə güclü yağışlar nəticəsində həyatını itirənlərin sayının 19-a yüksəldiyini, ölənlərin 9-nun Andhra Pradeş, 10-nun isə Telanqana əyalətindən olduğunu bildirib.

Qeyd edilib ki, Andhra Pradeşdə daşqınlarda itən 3 nəfərin axtarışları davam edir, Telanqana ştatında isə 1 nəfər itkin düşüb.

Andhra Pradeşdə yağışlardan zərər çəkmiş 17 mindən çox insanın təhlükəsiz bölgələrə təxliyə edildiyini bildirən səlahiyyətlilər, ştat daxilində 140 qatar səfərinin ləğv edildiyini və təxminən 6 min sərnişinin stansiyalarda qapalı vəziyyətdə qaldığını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu