Hindistanın qərbində güclü yağışlar nəticəsində ölənlərin sayı 28-ə çatıb


Hindistanın qərbindəki Qucarat ştatlarında davam edən leysan yağışlar nəticəsində həyatını itirənlərin sayı 28-ə yüksəlib.


"Hindustan Times"ın məlumatına görə, Hindistan Meteorologiya İdarəsi (IMD) avqustun 25-dən Qucarat əyalətində güclü yağışların təsirli olduğunu açıqlayıb.

IMD şiddətli toqquşmaların davam edəcəyi ilə bağlı xəbərdarlıq edib və Qucaratın 11 rayonunda “qırmızı həyəcan”, 22 rayonunda isə “sarı həyəcan” elan edib.

Qucarat Səhiyyə Departamenti yağışlar nəticəsində ölənlərin sayının 28-ə yüksəldiyini açıqlayıb.

On minlərlə insan yağışlardan zərər çəkib və 17 800 nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

Bölgədəki bəndlərin çoxunun daşmasından sonra səlahiyyətlilər daşqın xəbərdarlığı etsə də, əyalət hökuməti ordunun bölgələrə göndərilməsini istəyib.

Bundan əlavə, ştatın yağışdan zərər çəkmiş bölgələrində bir çox yollar zədələnib, məktəblər iki gün bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu