Hindistanda daşqın və sürüşmə nəticəsində ölənlərin sayı 22-yə çatıb


Hindistanın şərqindəki Tripura əyalətində musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 22-yə yüksəlib.



Press Trust of India (PTI) agentliyinin məlumatına görə, əyalət səlahiyyətliləri təbii fəlakətlərdən zərər çəkmiş və güclü yağışlar nəticəsində evlərinə ziyan dəymiş təxminən 65 400 nəfərin təhlükəsiz ərazilərə təxliyə edildiyini bildirib.

Rəsmilər musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələrində ölənlərin sayının 22-yə yüksəldiyini, səylər nəticəsində 334 mülki vətəndaşın xilas edildiyini bildirib.

Tripura əyalətinin baş naziri Manik Saha da açıqlamasında torpaq sürüşmələrinin baş verdiyi ərazilərdə ən azı 10 nəfərin dağıntılar altında qaldığını bildirib.

Dağıntılar altında qalanlar üçün xilasetmə işlərinin davam etdiyini bildirən Saha, bölgə sakinlərini axtarış-xilasetmə fəaliyyətlərində hökumət və Fəlakətlərə Müdaxilə Qüvvələri (NDRF) personalı ilə əməkdaşlıq etməyə çağırıb.

Hindistan Meteorologiya İdarəsi (IMD) əyalətə təsir edən şiddətli yağışların davam edəcəyinin gözlənildiyini qeyd edib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu