İndoneziyada torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 41-ə yüksəlib


İndoneziyanın Qərbi Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 41-ə yüksəlib.



Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin sözçüsü Əbdül Muhari selin təxminən 200 evi su altında qoyduğunu və bəzi binalara ciddi ziyan vurduğunu bildirib.

Qərbi Sumatra Fəlakətlərin Azaldılması Agentliyinin prezidenti İlham Vahab da axtarış-xilasetmə əməkdaşlarının bölgədə daha çox cəsəd tapdığını və həlak olanların sayının 41-ə yüksəldiyini bildirib.

İtkin düşdüyü bildirilən 17 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini deyən Vahab əlverişsiz hava şəraitinin işə mane olduğunu qeyd edib.

Qeyd edək ki, Merapi vulkanının püskürməsi nəticəsində yığılan qaya, kül və torpaq yığını musson yağışları səbəbindən yerindən oynamış və insan tələfatına səbəb olmuşdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu