Hindistanın şimalında 41 gündə musson yağışları nəticəsində 199 nəfər ölüb


Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində son 41 gündə yağan musson yağışları nəticəsində 199 nəfər həyatını itirib, 31 nəfər hələ də tapılmayıb.


"ANI News"un xəbərinə görə, əyalətin Fəlakətlərin İdarə Olunması Başçılığı son 41 gündə ölən 199 nəfərdən 57-nin torpaq sürüşməsi və daşqınlar, 142-nin isə musson yağışları zamanı yol qəzaları nəticəsində həyatını itirdiyini bildirib.

Səlahiyyətlilər həmçinin 31 nəfərin itkin düşdüyünü, 229 nəfərin yaralandığını açıqlayıb.

Daşqınlar nəticəsində 7317 ev qismən zədələndiyi halda, 254 mağaza və 2337 tövlə ciddi ziyan görüb.

Musson yağışları zamanı ümumilikdə 53 daşqın və 79 torpaq sürüşməsi baş verib, 300-dən çox yol bağlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu