İndoneziyada torpaq sürüşməsi və daşqınlar nəticəsində ölənlərin sayı 58-ə yüksəlib


İndoneziyanın Qərbi Sumatra əyalətində musson yağışları və daşqınlar səbəbiylə Marapi vulkanının püskürməsi nəticəsində yığılan qaya, kül və torpaq yığınının sürüşməsində həyatını itirənlərin sayı 58-ə yüksəlib.


Milli Fəlakətlə Mübarizə Agentliyinin sözçüsü Əbdül Muhari daşqınlarda yüzlərlə evin su altında qaldığını və 1500-dən çox ailənin bölgədən təxliyə edildiyini açıqlayıb.

Axtarış-xilasetmə xidmətlərinin bölgədə daha çox cəsəd tapmasından sonra həyatını itirənlərin sayının 58-ə yüksəldiyini bildirən Muhari hadisə nəticəsində yaralanan 33 nəfərin xəstəxanaya yerləşdirildiyini deyib.

Muhari itkin düşdüyü bildirilən 35 nəfərin tapılması üçün pis hava şəraiti səbəbindən dayandırılan axtarış-xilasetmə işlərinin yenidən başladığını açıqlayıb.

İndoneziya Meteorologiya, İqlim və Geofizika Agentliyinin (BMKG) prezidenti Dvikorita Karnavati də Qərbi Sumatrada daha güclü yağış və daşqınların gözlənildiyini qeyd edərək, sakinlərə və turistlərə diqqətli olmağı tövsiyə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu