Konqo Demokratik Respublikasında Ebola xəstələrinin sayı 8 mini keçdi
Konqo Demokratik Respublikasında (KDR) davam edən Ebola epidemiyasında təsdiqlənmiş xəstəlik hallarının sayı 8 067-yə, ölənlərin sayı isə 3 901-ə yüksəlib.
AFN.az xəbər verir ki, KDR Səhiyyə Nazirliyinin məlumatına görə, ölkənin 7 əyalətinin 63 bölgəsində təsirli olan epidemiyada ölüm nisbəti 48 faizdən çox qeydə alınıb.
Məlumata görə, təsdiqlənmiş xəstəlik hallarının sayı 8 067-yə çatıb, həyatını itirənlərin sayı isə 3 901 olub.
Epidemiya bəzi bölgələrdə səngimə əlamətləri göstərsə də, İturi və Haut-Uele əyalətlərində təsdiqlənmiş xəstəlik hallarının sayı azalıb. Bununla belə, xəstəlik digər bölgələrdə yayılmaqda davam edir.
Epidemiya ilə mübarizə çərçivəsində tibb işçilərinin çatışmazlığı, ödənişlərlə bağlı yaranan problemlər səbəbindən keçirilən tətillər, təhlükəsizlik problemləri və əhalinin intensiv hərəkəti görülən işləri çətinləşdirir.
