Konqoda Ebolaya yoluxanların sayı 1500-ü ötüb


Konqo Demokratik Respublikasında (KDR) laboratoriya şəraitində təsdiqlənmiş Ebola qızdırmasına yoluxma hallarının sayı son sutkada 42 nəfər artaraq 1502-yə çatıb.

AFN.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media İşləri Nazirliyi gündəlik bülletenində məlumat yayıb.

Məlumata görə, Eboladan ölənlərin sayı son sutkada daha 26 nəfər artaraq 473-ə, ölüm göstəricisi isə 31,4%-ə yüksəlib. Hazırda xəstəxanalarda və tibbi izolyatorlarda 628 pasiyent müalicə olunur, 213 nəfər isə tam sağalıb. İnfeksiyaya yoluxanlarla təmasda olmuş 11 360 nəfər isə ciddi həkim nəzarətinə götürülüb.

Qeyd edək ki, builki Ebola epidemiyası mayın 15-də KDR-in şərqində və Uqandada başlayıb. Epidemiya ocağının mərkəzi Konqonun İturi əyalətidir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu