Ermənistanda son sutkada 12 nəfər COVID-19-dan ölüb


Ermənistanda son sutkada daha 585 nəfər COVID-19-a yoluxub.



AFN xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 179 287-yə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 3 277-yə yüksəlib.

COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 839 nəfərdir. İndiyədək 166 702 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 8 469 aktiv koronavirus xəstəsi var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu