Brent neftinin qiyməti 99 dollara yaxınlaşdı



Brent neftinin bir barreli beynəlxalq fyuçers bazarlarında 98,96 dollardan satılır.

AFN.az xəbər verir ki, cümə günü 99,76 dollara qədər yüksələn Brent neftinin fyuçers qiyməti günü 97,44 dollarla başa vurub. Brent neftinin dekabr fyuçerslərinin bir barrelinin qiyməti bu gün saat 10:30-a olan məlumata görə əvvəlki bağlanışla müqayisədə 1,5 faiz artaraq 98,96 dollar təşkil edib. Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin noyabr fyuçerslərinin bir barreli 94,08 dollardan qiymətləndirilib.

Bildirilir ki, Brent neftində texniki baxımdan 99,29 dollar müqavimət, 97,93 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu