Brent nefti 105,58 dollara düşüb



Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 105,58 dollardan satılır.

AFN.az xəbər verir ki, dünən 108,23 dollara qədər yüksələn Brent neftinin noyabr fyuçerslərinin bir barelinin qiyməti günü 106,60 dollardan başa vurub.

Brent neftinin noyabr fyuçerslərinin qiyməti bu gün Bakı vaxtı ilə saat 10:23-də əvvəlki bağlanışla müqayisədə 0,9 faiz azalaraq 105,58 dollar olub.

Eyni vaxtda Qərbi Texas tipli (WTI) xam neftin noyabr fyuçerslərinin bir barelinin qiyməti 93 dollar təşkil edib.

Brent neftində texniki baxımdan 111,95 dollar müqavimət, 96,47 dollar isə dəstək səviyyəsi kimi izlənilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu