Brent nefti 99,49 dollardan satılır



Dünən 99,46 dollara qədər yüksələn Brent neftinin fyuçers bazarında bir barelinin qiyməti günü 97,92 dollardan tamamlayıb.

AFN.az xəbər verir ki, Brent neftinin noyabr fyuçerslərinin bir barelinin qiyməti bu gün saat 10:48 etibarilə əvvəlki bağlanışla müqayisədə 1,6 faiz artaraq 99,49 dollar olub.

Eyni vaxtda Qərbi Texas markalı (WTI) xam neftin oktyabr fyuçerslərinin bir barelinin qiyməti də 94,34 dollar təşkil edib.

Brent neftində texniki baxımdan 99,04 dolların müqavimət, 99,65 dolların isə dəstək bölgəsi kimi izlənilə biləcəyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu