Brent neftinin bir bareli 93,40 dollardan satılır
Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 93,40 dollardan satılır.
AFN.az xəbər verir ki, Brent neftinin oktyabr fyuçersləri üzrə bir barelinin qiyməti dünən 94,71 dollara qədər yüksəlib və günü 93,78 dollardan tamamlayıb.
Brent neftinin bir barelinin qiyməti bu gün Bakı vaxtı ilə saat 10:39-a olan məlumata görə, əvvəlki bağlanışla müqayisədə 0,4 faiz azalaraq 93,40 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas markalı (WTI) xam neftin oktyabr fyuçersləri üzrə bir barelinin qiyməti də 86,34 dollar təşkil edib.
Brent neftində texniki baxımdan 93,87 dollar müqavimət, 92,67 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.
