Brent neftinin bir bareli 83,57 dollardan satılır



Brent neftinin bir bareli beynəlxalq fyuçers bazarlarında 83,57 dollardan satılır.

AFN.az xəbər verir ki, cümə günü 84,44 dollara qədər yüksələn Brent neftinin oktyabr fyuçers kontraktı günü 83,55 dollardan başa vurub.

Brent neftinin bir barelinin qiyməti bu gün saat 10:31 etibarilə əvvəlki bağlanışla müqayisədə 0,02 faiz artaraq 83,57 dollar olub.

Eyni dəqiqələrdə Qərbi Texas tipli (WTI) xam neftin sentyabr fyuçers kontraktının bir barelinin qiyməti də 78,06 dollar təşkil edib.

Neft qiymətlərinin yüksəlməsində Hörmüz boğazının yenidən açılması ilə bağlı qeyri-müəyyənlik və Yaxın Şərqdə yeni hücumların qlobal neft tədarükü ilə bağlı narahatlıqları artırması təsirli olub.

Tədarüklə bağlı narahatlıqları artıran digər hadisə isə Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanının milli neft şirkəti Saudi Aramco-nun Cizan bölgəsindəki neft emalı zavodunu pilotsuz uçuş aparatı (PUA) ilə hədəf aldıqlarını açıqlaması olub.

Brent neftində texniki baxımdan 84,38 dollar müqavimət, 82,82 dollar isə dəstək səviyyəsi kimi izlənilə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu