Brent markalı neftin barreli 72,15 dollardan satılır
Brent markalı neftin barreli beynəlxalq fyuçers bazarlarında 72,15 dollardan ticarət edilir.
AFN.az xəbər verir ki, dünən 71,92 dollara qədər yüksələn Brent neftinin fyuçers barrel qiyməti günü 71,8 dollardan başa vurub.
Brent neftinin barrel qiyməti bu gün saat 10:36-a olan məlumata görə, bağlanışla müqayisədə təxminən 0,5 faiz artaraq 72,15 dollar olub.
Eyni dəqiqələrdə Qərbi Texas növü (WTI) xam neftinin barreli isə 68,93 dollardan alıcı tapıb.
Brent neftində texniki olaraq 72,08 dolların dəstək, 72,62 dolların isə müqavimət zonası kimi izlənilə biləcəyi qeyd olunur.
