"Qalatasaray"ın gənc ulduzu Yunus Akgün evləndi - FOTOLAR
"Qalatasaray"ın futbolçusu Yunus Akgün Tuğçe Alaca ilə ailə həyatı qurub.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun toyu noyabrın 27-də İstanbulun Beşiktaş rayonunun Kuruçeşme ərazisində yerləşən “Mandarin Oriental Bosphorus” hotelində keçirilib.
Cütlüyün özəl mərasimində futbolçunun komanda yoldaşları, ailə üzvləri, yaxınları, eləcə də "Qalatasaray"ın keçmiş və hazırkı rəhbərliyinin nümayəndələri iştirak ediblər. Yunusun nikah şahidləri Dursun Özbək, Fatih Terim, Okan Buruk, Abdulkerim Bardaqçı və Əmrə Taşdemir olub.
Tuğçe Alaca toy mərasimində uzun ətəkli, açıq çiyinli, ağ atlas gəlinlik geyinib. Yunus Akgün isə qara smokin, ağ köynək və papyon seçib.
Qeyd edək ki, Yunus Akgün 2025-ci il yanvarın 1-də Tuğçe Alacaya yaxtada evlilik təklif edib. Cütlük həmin ilin sentyabrın 8-də ailə arasında keçirilən mərasimlə nişanlanıb. Təxminən 14 aylıq nişanlılıqdan sonra ailə quran cütlüyün toy mərasimi mətbuat üçün qapalı keçirilib.


