X valideyn nəzarəti funksiyasını istifadəyə verib



ABŞ-ın X sosial media platforması valideyn nəzarəti funksiyasını istifadəyə verdiyini açıqlayıb. 

AFN.az xəbər verir ki, yeni imkanlar 13-17 yaş aralığında uşaqları olan valideynlərə onların platformadakı fəaliyyətini müəyyən çərçivədə idarə etməyə imkan verəcək.

Platformanın valideyn nəzarəti ilə bağlı açıqlamasında bildirilib ki, yeni funksiyalar ailələrə uşaqlarının X-dəki təcrübəsini idarə etməkdə kömək edə bilər, eyni zamanda yeniyetmələrin öz hesabları üzərində hüquqları qorunacaq.

Valideynlər övladlarının platformada nə qədər vaxt keçirdiyini görə və buna gündəlik limit təyin edə biləcəklər. Həmçinin məzmun tövsiyələrini və videoları uşaqların artıq izlədiyi hesablarla məhdudlaşdırmaq mümkün olacaq.

Açıqlamada valideynlərin müəyyən sözləri filtrdən keçirə, eləcə də həssas media məzmunlarının göstərilməsini məhdudlaşdıra biləcəkləri qeyd olunub.

Bildirilir ki, valideynlər övladlarının şəxsi mesajlarını oxuya, axtarış və baxış tarixçələrini görə, onların adından paylaşım edə və hesablarına daxil ola bilməyəcəklər.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu