ChatGPT valideyn nəzarəti tətbiq edəcək


Amerikanın “OpenAI” şirkəti, ChatGPT neyron şəbəkəsinin tərtibatçısı, chatbot-a intihar etmək planları barədə yazan 16 yaşlı yeniyetmənin ölümü ilə bağlı iddialar fonunda ona valideyn nəzarəti funksiyasını əlavə etməyi planlaşdırır.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə şirkətin saytında bildirilib.

"Biz həmçinin tezliklə valideyn nəzarəti funksiyalarını təqdim edəcəyik ki, bu da valideynlərə övladlarının ChatGPT-dən necə istifadə etməsi haqqında daha çox məlumat əldə etməyə imkan verəcək", - deyə məlumatda qeyd edilir.

Bundan əlavə, istifadəçi təcili əlaqə üçün çatbot-a etibarlı şəxsi əlavə edə biləcək ki, bu da onlara birbaşa kömək istəməyə imkan verəcək. İstifadəçilər həmçinin bir kliklə təcili yardım xidmətlərinə zəng edə biləcəklər.

Şirkət qeyd edir ki, ChatGPT istifadəçiləri təhlükəli hərəkətlərdən çəkindirmək üçün nəzərdə tutulmuş alqoritmlərə malikdir, lakin uzun müddət davam edən ünsiyyət zamanı çatbotun cavabları yanlış ola bilər.

Kaliforniyadan olan evli cütlük OpenAI şirkətini 16 yaşlı oğlunun ölümünə səbəb olmaqda ittiham edərək məhkəməyə müraciət edib. "NBC News"un məlumatına görə, yeniyetmə çatbot-a problemlərini danışıb və ölümündən bir neçə həftə əvvəl neyron şəbəkəsi köməkçi proqramdan “intihar məşqçisi”nə çevrilib. Yeniyetmənin valideynlərinin sözlərinə görə, çatbot nəinki oğlunun intihar etmək istəyi barədə yazanda ünsiyyətini dayandırmayıb, həm də ona mövzu ilə bağlı məlumat verib.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu