Fira Cəlilovanın evində saxlanan şəxsin FOTOSU


Aparıcı Fira Cəlilovanın evinə basqın edilməsi iddiası ilə bağlı daha bir detal aydın olub.

AFN.az xəbər verir ki, aparıcı video çəkib paylaşaraq gecə ilə evinə basqın edildiyini, evindən oğurluq olunduğunu bildirib. Daxili İşlər Nazirliyi isə Novxanı qəsəbəsində yerləşən bağ evlərinin birində istintaqdan yayınaraq gizlənən, əvvəllər dəfələrlə məhkum olunmuş Ə.Hüseynovun polis tərəfindən saxlanılaraq istintaqa təhvil verildiyini açıqlayıb.

Sosial şəbəkələrdə həmin şəxsin fotosu yayılıb. Bildirilib ki, o, Fira Cəlilovanın dediyi bağ evində gizlənibmiş. Aparıcının yaydığı görüntülərdəki adamlar isə hadisə yerinə gedən polis əməkdaşları olub.





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu