Oğurluq Hikmət Mirzəyevin yox, qohumunun evindən olub


Dünən mediada və sosial şəbəkələrdə Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılıb.


Oğurluq faktı H.Mirzəyevin yox, onun yaxın qohumlarından birinin evində baş verib.

Hazırda həmin faktla bağlı bu istiqamətdə araşdırma aparılır.

Qeyd edək ki, yayılan məlumatda hadisənin Saray qəsəbəsində yerləşən evdə baş verdiyi, evdən külli miqdarda oğurluq edildiyi bildirilir.

Xatırladaq ki, H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı informasiya yayıldıqdan sonra Daxili İşlər Nazirliyi açıqlama verərək belə bir hadisənin qeydə alınmadığını bildirmişdi.(Qafqazinfo)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu