"Beşiktaş"-"Hapoel" oyununda gərginlik: Polis müdaxilə etdi, oyun yarımçıq dayandı-VİDEO
UEFA Avropa Liqasının 5-ci turunda "Beşiktaş"ın İsrail təmsilçisi "Hapoel Beer Sheva" ilə Gürcüstanda keçirdiyi qarşılaşma zamanı insident yaşanıb.
AFN.az Türkiyə mediasına istinadən xəbər verir ki, Batumidəki oyun zamanı "Beşiktaş" azarkeşləri tribunada Fələstin bayrağı açıblar.
Gürcüstan polisi Fələstin bayrağı açan azarkeşə müdaxilə edib. Bununla da azarkeşlərlə yerli polis arasında qarşıdurma yaşanıb. Həmin anlar digər azarkeşlərin kameralarına düşüb.

