"Sabah" - "Hapoel" oyunlarının vaxtı və yeri açıqlandı


UEFA Azərbaycan çempionu "Sabah" və İsrail təmsilçisi "Hapoel" (Beer-Şeva) arasında Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarının başlama vaxtını və məkanını açıqlayıb.

AFN.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ilk görüş avqustun 19-da Rumıniyanın paytaxtı Buxarestdəki "Culeşti" stadionunda baş tutacaq. 

Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Tərəflər arasında cavab qarşılaşması isə avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu