“Qarabağ”ın Avroliqadakı matçlarının vaxtı müəyyənləşdi
UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” - “Vestri” (İslandiya) oyunlarının başlama saatları müəyyənləşib.
AFN.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında məlumat yerləşdirilib.
Komandalar arasında ilk görüş iyulun 9-da Bakıda keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq ilk matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Cavab qarşılaşması isə iyulun 16-da İslandiyanın paytaxtı Reykyavikdə yerləşən “Valbjarnarvöllur” stadionunda təşkil olunacaq. Həmin görüş yerli vaxtla saat 20:00-da, yəni Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da start götürəcək.



